Bakıda keçirilən xüsusi əməliyyatda "Qoca" və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb

Bakıda keçirilən xüsusi əməliyyatda iki nəfər ölüb, bir nəfər xəsarət alıb.Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, ötən gecə paytaxtın Qaradağ rayonu ərazisində "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində  keçirilən xüsusi əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib. Atışmada polisə silahlı müqavimət göstərən Etibar Məmmədov və İlqar Əlihümbət oğlu Əzimov məhv edilib.Əməliyyat zamanı Anar Əsgərov yaralanıb.1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov APA-ya açıqlamasında Anar Əsgərovun vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib. O bildirib ki, 1988-ci il təvəllüdlü A. Əsgərovun həyatı üçün həyati təhlükə yoxdur: "Güllə onun çiyin sümüyündən girib dirsəyə qədər irəliləyib. Hazırda güllə çıxarılmayıb. Qolunun sümüyü sınıb. Lazımı tibbi müdaxilədən sonra onu ifadə verməsi üçün istintaqa aparacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31