“Qoca” tutulub,yoxsa öldürülüb ? -ŞOK- YENİLƏNİR
2 Noyabr 2017 09:22 KriminalBu dəqiqələrdə aldığımız məlumata görə dünən gecə əməliyyat zamanı öldürülən şəxs "Qoca" ləqəbli Etibar Məmmədovun özüdür. Məlumatı dəqiqləşdiririk .
xxx
Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet "Qoca" ləqəbli Etibar Məmmədov həbs edilib.Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qafqazinfo"ya faktı təsdiqləyib. O bildirib ki, Etibar Məmmədovun saxlanılması və cinayət işinin istintaqı ilə bağlı gün ərzində rəsmi məlumat yayılacaq.Qeyd edək ki, bu gecə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı "Qoca" ləqəbli Etibar Məmmədov həbs edilib. "Qoca" sağ ələ keçirilsə də, yanında olan şəxslərdən birinin öldürüldüyü deyilir.