Kriminal
Evlərdən qızıl aparan şəxs ələ keçib
Evlərdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 24-də və oktyabrın 31-də rayon ərazisində 2 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Vurğun İbrahimov tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Avtomobil piyadanı vurub öldürdü
Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən Cəbrayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyhun Qəribovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Silsilə oğurluqla məşğul olan şəxs tutulub
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun ayından oktyabr ayınadək olan müddətdə rayon ərazisində 8 evdən və 1 avtomobildən pul, velosiped, inşaat materialları, təmir-tikinti aləti və akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Elnur Həsənov tutulub.
Telefon oğrusu yaxaladı
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a veriln məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Biləcəri qəsəbəsi ərazisindəki bərbərxanaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Zakiri tutulub. Aparılan tədbirlərlə onun oktyabrın 31-də daha 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.
"Qoca" ölümündən əvvəl - Meşədən VİDEO
Həbsdə olan MTN generallarının məhkəməsi davam etdirilir
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Rövşən Lənkəranskinin qətlində adı hallanan şəxsi öldürən iki azərbaycanlı Rusiyada tutulub
Sankt-Peterburqda iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslər əvvəllər məhbus həyatı yaşamış, 1975-ci il təvəllüdlü Hüseyn və 1979-cu il təvəllüdlü Emin adlı şəxslərdir. Həmin şəxslər qətllə bağlı cinayət işi çərçivəsində ilkin olaraq iki gün müddətinə saxlanılıb. İstintaqın versiyasına əsasən, onlar bu ilin sentyabr ayının 11-də Tbilisidə kriminal avtoritet, 1975-ci il təvəllüdlü Elçin Məmmədovu qətlə yetiriblər.
“Qoca”nın yeni FOTOları - FB-da profili varmış...
Dünən gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonunda keçirdiyi əməliyyat nəticəsində yaralanan, daha sonra ölən "Qoca" ləqəbli Etibar Məmmədovun Feysbukda profilinin olduğu məlum olub.
"Silkələmək istəyirsən, Kürdəxanını?" - "Qoca"nın həbsxanadan yeni görüntüsü - VIDEO
Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet "Qoca" ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb. Məlumata görə, video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlər üçün planları barədə danışırlar.
Bakıda maşın qaçıranlar saxlandı
Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslərin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsinə (PB) Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.
Qaçan məhbusa qarşı yeni ittiham irəli sürülüb
Xüsusi təyinatlı qatardan qaçan məhbuslardan biri Əli Ağamiyə qarşı istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Məlumata görə, ona qarşı daha bir maddə - Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb.
Fədayə Laçın və digərləri apellyasiya şikayəti verməyiblər
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Penitensiar Xidmət əməkdaşları, müğənni Fədayə Laçın və digərləri barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün apellyasiya şikayəti verməyiblər. Onlar şikayət vermək hüququndan imtina ediblər.
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb. Məlumata görə, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Avtoritet "Qoca"nın Lənkəran həbsxanasından VİDEOSU YAYILDI
Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Lənkəran həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.














