Kriminal

Məhbusların qaçmasına görə həbs edilən Penitensiar Xidmət əməkdaşları vəkildən imtina ediblər

3 Noyabr 2017 15:19

Oktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov hüquqlarını müdafiə etmək üçün təklif edilən vəkildən imtina ediblər.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi çıxarılıb

3 Noyabr 2017 14:45

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili səkiyə çırpılmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a veriln məlumata görə, Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü - 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Aygün Bəylərin qardaşının işi ilə bağlı ekspertiza təyin edildi

3 Noyabr 2017 13:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

“Qoca”nın meyiti ailəsinə təhvil veriləcək

3 Noyabr 2017 13:57

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən “Qoca” ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

İdarəni qarət edən dəstə ifşa olunub

3 Noyabr 2017 13:31

Bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən idarələrdən birinə naməlum şəxslər daxil olaraq oradan 1 ədəd televizor, 1 ədəd fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk oğurlayıblar. DİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olan kimi dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və müvafiq əl-barmaq izləri götürülüb. İsti izlərlə keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayətin Sumqayıt şəhər sakinləri – Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.

Keçmiş MTN-in şöbə rəisinin şikayəti əsasında məhkəmə başlayıb

3 Noyabr 2017 13:09

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Keçmiş məhkum uşaq bağçasından oğurluq edib

3 Noyabr 2017 11:42

Noyabrın 2-də saat 3 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Rus qızlarını zorlayan Kürdəmir sakinləri həbs edildi

2 Noyabr 2017 16:17

Rusiyada yaşayan iki azərbaycanlı gəncin rus qızlarla əyləncəsi onların həbsxanaya düşməsi ilə nəticələnib. Hadisə 2009-cu il yanvarın 26-da Rusiyanın Surqut şəhərində baş verib. Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Seymur Eyvazov bibisi oğlu Həsən Orucovla birgə əylənmək qərarı veriblər. Buna görə tanışları - 1993-cü il təvəllüdlü Diana və 1995-ci il təvəllüdlü Yekaterinanı da çağıraraq Profsoyuz küçəsində kirayə tutduqları evə gediblər.

Prokuror mənimsəmədə təqsirləndirilən bələdiyyə sədrinə 9 illik həbs cəzası istəyib

2 Noyabr 2017 15:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Qobu bələdiyyəsinin dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Əmiraslanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.