“Qoca”nın meyiti ailəsinə təhvil veriləcək

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən “Qoca” ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən "Qoca" ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib. O, bildirib ki, meyitin təhvil veriləcəyi vaxtı hələ ki, məlum deyil: "Prosedura görə, meyit tibbi ekspertizadan keçirildikdən sonra rəy hazırlanacaq. Yalnız bundan sonra meyit ailə üzvlərinə, yaxud yaxın qohumlarına təhvil veriləcək". M.Sadıqov deyib ki, hazırda prosessual hərəkətlər icra edildiyindən meytin təhvil veriləcəyi vaxt müəyyənləşdirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31