Kriminal

Eldar Mahmudovun köməkçisi HƏBS OLUNDU

3 Noyabr 2017 22:48

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib. Hüquq-mühafizə orqanlarından fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha bir azərbaycanlı axtarılır - İnterpol tərəfindən

3 Noyabr 2017 21:07

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluqda təqsirləndirilir. H.Hacıyev barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə

3 Noyabr 2017 20:57

Çeçenistanın paytaxtı Qroznı şəhərində “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov həbs edilib. Onun üzərindən xeyli miqdarda narkotik götürülüb. “Kor Hüseyn” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.

Aptek müdiri həbs olundu - Bakıda

3 Noyabr 2017 20:51

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktları üzrə başlanmış cinayət işi üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq tədbirləri davam etdirilir. Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsinin birgə məlumatında bildirilir ki, istintaqla 1988-ci il təvəllüdlü Abiyev Tural Famil oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 74d saylı ünvanda yerləşən “Bizim Aptek”də saxlamasında və 23-24 oktyabr 2017-ci il tarixlərdə həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.

Hakim Mehman Hüseynova xəbərdarlıq etdi

3 Noyabr 2017 18:40

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi davam edib. Məlumata görə,  Bakı Apellyasiya Məhkəməsində  hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.

“Qoca” ləqəbli kriminal avtoritetin zərərsizləşdirilməsi zamanı saxlanılan şəxs barəsində həbs qərarı verilib

3 Noyabr 2017 18:01

Nəsimi rayon Məhkəməsində “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan Şahmar Bəyəlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Zorladığı qızla evləndi: onu maşında başqası ilə sevişərkən tutdu - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI 

3 Noyabr 2017 17:20

Türkiyənin Muğla vilayətinin Bodrum ərazisində keçmiş əri tərəfindən öldürülən Gizem Olgunun sayca III məhkəmə prosesi baş tutub. İş yerinə gedərək keçmiş arvadının boğazını kəsərək 27 yerindən bıçaqlayıb öldürən Mert Toprak barədə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılmışdı. 9 il evli olduğu, bir mebel dükanında çalışan, mart ayında boşandığı 25 yaşlı bir uşaq anası olan keçmiş arvadı Gizem Olgunu öldürən Mert Toprakın onu tez-tez təhdid etdiyi də məlum olub. 

Silsilə oğurluqla məşğul olan şəxs tutulub

3 Noyabr 2017 16:35

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2 evdən 500 ABŞ dolları və 6134 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Telefon oğurlayan qadın saxlanıb

3 Noyabr 2017 16:34

Bakı şəhər sakinləri olan iki qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 29-da Bakı şəhər sakini S.Əliyevanın, oktyabrın 31-də isə V.Səmədovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Nazim Bağırov, Tünzalə Əsgərova və Seymur Zahidov Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Avtomobil qaçıran saxlanıb

3 Noyabr 2017 16:33

Avtomobil qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Amil Sadıqova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Xəlilov tutulub, 1 nəfər isə müəyyən edilib. Avtomobilin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qadının çantasını aparan şəxsin əlləri qandallandı

3 Noyabr 2017 16:32

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, cari il iyunun 13-də G.Babayevanın içərisində 850 manat, 1700 ABŞ dolları və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

Mağazanı qarət edən şəxs saxlanıb

3 Noyabr 2017 16:27

Mağazadan 3100 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki bazarda rayon sakini Rahib Əliyevə məxsus mağazadan 3100 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Həsənov tutulub.

Seyfdən 1750 manat aparan şəxs tututlub

3 Noyabr 2017 16:26

Seyfdən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 2-də saat 3 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanılıb.

"Dedi özün istəmirsənsə, get ananı, bacını gətir" - ŞOK İFADƏ

3 Noyabr 2017 15:25

Tanışını bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.