Kriminal
Fikrət Qocanın oğlunun ölümündə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Həbs olunan məmurun atasi danişdi - "Onunla bağlı heç bir məlumatım yoxdur"
Leylanın ölümü ilə bağlı ekspertiza rəyi açıqlandı : “Həkim günahsızdır”
Sabiq nazirin xanımı: "Eldar Mahmudovun danışmaq imkanı yoxdur"
Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış
Eldar Mahmudov həbsə gedir - niyə məhz indi...
Sumqayıtda yaşayış evinə maskalı basqın
Sumqayıt şəhərində yaşayış evinə maskalı basqın edilib. Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Bakıda qız atasını BALTALADI
Bakıda qız atasını baltalayıb. İnsident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Həsən Şirinovun bacısı oğlu həbs olundu
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib. Bu barədə Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub. Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb.
Modelin batdığı yaxtada deputatın oğlu da olub – Rəsmi təsdiq
Deputat Elmira Axundovanın oğlu Həbib Axundov son dərəcə bahalı yaxtasını satıb. Alqı-satqı Həbib Axundovun adı hallanan mübhəm ölüm işindən az sonraya təsadüf edib. Xəbərdə bildirilir ki, 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində ölüm baş verib. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın olduğu yaxta dənizə çıxıb və model müəmmalı şəkildə Xəzərin sularına qərq olub. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Rəis saxlanıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.








.jpg)





