Həbs olunan məmurun atasi danişdi - "Onunla bağlı heç bir məlumatım yoxdur"
6 Noyabr 2017 12:14 KriminalTəhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.
Sabiq nazir müavini unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir:
"3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz".//Gununsesi.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31