Kriminal
Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib - YENİLƏNİB
Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında keçirilən posesdə prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin iştirakı ilə nazirliyə 153 milyon manat ziyan vurulub. Prokuror təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib. Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib.
“Dəmirçi Plaza”dakı qətllə bağlı daha BİR SİRR AÇILDI
Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə ekspertiza rəyləri elan olunub. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət verib. O bildirib ki, müvəkkilinin psxi xəstəliyi olub. Vəkilin sözlərinə görə, Elşən Bəşirov bununla bağlı 2011-ci ildən xəstəxanada müalicə alır. Vəkil bununla bağlı ekspertizanın keçirilməsini istəyib. Vəsatət təmin olunub və Elşən Bəşirovun barəsində psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib.
Piyadanı vurub qaçan qadın sürücü tutuldu
Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
"Nurgun Motors"un rəhbərinin oğlu həbs ediləcək — QƏRAR
Nəsimi rayon Məhkəməsində Nurxan Əliyevin məhkəmə prosesi keçirilib. Məlumata görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, o, 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
Qazaxıstanda 4 azərbaycanlı tutuldu
Qazaxıstan sərhədçiləri brakonyerliklə məşğul olan şəxsləri saxlayıb. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, göyərtəsində brakonyerlər olan 3 gəmi saxlanılıb.
Vəkili Vüqar Mahmudovla görüşdü: apellyasiya şikayəti verilməyəcək
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsdə olan əmisi oğlu Vüqar Mahmudov barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verməyib. Qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti məhkəməyə təqdim olunmayıb.
Bakıda 17 yaşlı qızı 3 ay zorlayıblar
Bakıda dəhşətli hadisə: ölənlər və xeyli yaralı var
Akkumlyator oğruları tutulublar
Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisində “Ford” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakinləri Fəxrəddin Məmmədov və Fəsli Ələkbərov tutulublar.
Avtomobil yolu keçən piyadanə vurub öldürdü
Balakən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Balakən rayonu ərazisində Qazma kənd sakini Yusif Ukalayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən rayon sakini Tofiq Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Bakıda qətl törədən tutulub
Paytaxt sakini Zahir Hacıağayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 5-də saat 19 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Zahir Hacıağayevin bıçaqla qətlə yetirilən meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Sadiq Nəhmətov tutulub.
Tanınmış alimin oğluna 10 il HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda hökm oxunub. Hökmə əsasən E. Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olmuş Emin Quliyev vətəndaşlardan külli miqdarda pul alıb və onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var.
“Nurgün Motors”un prezidentinin azyaşlı oğlunun gecə sərgüzəştləri
Polis generalından həbs olunan bacısı oğlu barədə -AÇIQLAMA
Polis əməliyyat keçirdi: cibgirlər saxlandı
Noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlanıb.“Olaylar” DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub. Onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.






.jpg)






.jpg)
