Kriminal
Kabel oğruları ələ keçiblər
Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki telefon qovşağına məxsus 90 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri - Tərlan Şıxəliyev və Sergey Karqin tutulublar, 1 nəfər isə müəyyən edilib. İlkin araşdırma zamanı tutulan şəxslərin əvvəllər məhkum olunduqları müəyyən eilib.
Cinayətkar qrupun bir üzvü tutulub
Quldurluq etməkdə şübhəli bilinən qrupun üzvü tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də G.Abdullayevanın 3800 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü Vasif İsgəndərov tutulub. 90 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tərlan Şıxəliyev və Sergey Karqin tutulublar, 1 nəfər isə müəyyən edilib.
Oğrunun digər əməlləri də üzə çıxdı
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun cari il avqustun 18-də rayon ərazisindəki evlərin birindən 2950 manat və 900 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.
Qaçırdığı avtomobillə qəza törətdi
Avtomobil qaçıraraq qəza törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən paytaxt sakini Naib Hüseynova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Avtomobil noyabrın 7-də qəsəbə ərazisində maneəyə vurulmuş halda tapılıb. Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əsgərov tutulub.
Gəncədə soyğunçu saxlanıb
Soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 7-də saat 1 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində naməlum şəxs qəsəbə sakini Umud Quliyevə zor tətbiq edərək 35 manatını alıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Fəqan Heydərov tutulub.
Ərini qətlə yetirən qadın tutulub
Həyat yoldaşını qətlə yetirən Sabunçu rayonu ərazisində yaşayan Tünzalə Vəliyeva tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 7-də saat 21 radələrində Sabunçu rayonu ərazisində yaşayan Tünzalə Vəliyeva evində ailə-məişət münaqişəsi zəminində əri Nazimin baş nahiyəsinə küt alətlə xəsarət yetirib və nəticədə N.Vəliyev hadisə yerində ölüb. T.Vəliyeva Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı açıqlama
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
48 yaşlı yevlaxlı cinsi əlaqə üçün mingəçevirli qızı meşəyə apardı, ağzına ağac yeritdi, sonra... ŞOK OLAY
Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mayıl Məmmədov 8 mart 2017-ci il, saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşüb. Onlar Mayıl Məmmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Yevlax-Ağdaş yolunun kənarındakı meşəlik sahəyə gəlib.
Cəlilabadda insident: Polis atəş açdı
Cəlilabad Rayon Polis Şöbəsinin qarşısında insident olub. Rayon sakinləri – 27 yaşlı Anar Əmirov və 26 yaşlı İlkin Qurbanov şöbənin yaxınlığında polis əməkdaşları ilə mübahisə edib.
Çantadan pul aparan saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 9 radələrində Qazax-Bakı sərnişin avtobusunda Göygöl rayon sakini Rabilə Hüseynovanın çantasından 13 manat və 500 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cabbar Məmmədov Göygöl RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Avtomobilin təkərlərində pirotexniki vasitələr tapıldı
Avtomobilin hərəkətdə olan təkərlərinə yerləşdirilmiş pirotexniki vasitələr aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mersedes Benz 300D” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd “SFA-100 M50” markalı pirotexniki vasitələr aşkar edilib.
Evdən 30 min manatlıq qızıl aparan gənc ələ keçib
Bakıda evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yol qəzasında 2 nəfər ölüb, 4-ü yaralanıb
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindən keçən dəmir yolu xəttinin üzərində Bakı şəhər sakinləri Rəfail Əkbərovun idarə etdiyi “Mercedes” və Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Bəydəmirovun sərnişinlərindən Babaxan Fətullayev və onun azyaşlı oğlu Elcan hadisə yerində ölüblər, özü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.













