Kriminal
Zərərçəkmişlər Eldar Mahmudova istintaq idarəsində şok yaşatdılar
Prokuror Lənkəranda 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə 10 il cəza istədi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda əcnəbilərdən oğurluq edən şəxslər saxlanılıb
Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.
MTN generallarının məhkəməsində əlavə şahidlər dindiriləcək
MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Adam öldürməyə cəhd etdi, başqa cinayəti də üzə çıxdı
Gəncə sakini Qurban Qurbanov cinayət əməllərinə görə saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Qurban Qurbanovun daha bir ağır cinayət törətməsi də müəyyən edilib.
Qəbiristanlıqda oğurluq
Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən “Olaylar”a bildirlib ki, faktla əlaqədar cinayət işi başlanılıb. Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zarafat qanla bitdi - Yevlaxdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI
Çayxanada qətl törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sadiq Məmmədov 11 avqust 2016-ci il tarixdə, günorta saatlarında Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən və əvvəllər ofisiant kimi işlədiyi “Şahin” adı ilə fəaliyyət göstərən çayxanaya gəlib.
Arvadını başqa kişi ilə yataq otağında tutdu - Salyandakı qətllə bağlı YENİ XƏBƏR
1 milyon manatlıq dələduzluq edən qadın hakim qarşısında
Bakıda dələduzluqda təqsirləndirilən İmişli rayon sakini, 1971-ci il təvəllüdlü Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Vəfa Osmanlı aili təhsillidir, hazırda subay olan qadın Abşeron rayonunda yaşayır.
Tbilisidə 4 azərbaycanlı tutuldu
Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.
Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? - CİNAYƏT İŞİ
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ittiham olunduğu maddələr açıqlanıb. Fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xanəndə şadlıq evində bıçaqlandı
Abşeron rayonunun Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu “Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qusarda azyaşlı qızına zəhər verib öldürən qadına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə də baş həkim ifadə verdi
Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində "Real" Tibb Mərkəzinin baş həkimi Vidadi Əzizov ifadə verib.
Suraxanıda fermaya basqın edənlər saxlanıldı
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB)əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində ötən ildən bağlı qalan quldurluq cinayətinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, 28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənovun həyat və sağlamlığına zor tətbiq etməklə, yəni silah qismində istifadə olunan dəmir parçası ilə ona xəsarət yetirərək ondan pul tələb edib.














