Kriminal
MTN generalı Elçin Quliyevə ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ, VAR-DÖVLƏTİ ALINSIN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gənclərə “seks tələsi” quranlara ağır cəza verildi - Qızlar buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevaya hökm oxunub.
Telman İsmayılov beynəlxalq axtarışa verildi
İki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov beynəlxalq axtarışa verilib. Bu barədə Ria Novosti-yə Moskva Basman rayon məhkəməsinin mətbuat xidməti məlumat verib.
Elçin Quliyevə 15 illik HƏBS TƏLƏBİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Arif Əsgərovun bacanağı: “Oğlum Elnar Əsgərovun dediyini edib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynovun atası İsmayıl Hüseynov şahid qismində dindirilib. Bildirib ki, onun yanında kimsə kiməsə pul verməyib: "Mənim oğlum ortada vasitəçi olub. Pul alan məlum, verən məlum. Xahiş edirəm iş düzgün araşdırılsın. Mən oğlumun dövlət işində işlədiyini bilmişəm, başqa fəaliyyəti barədə xəbərim olmayıb. Baldızım oğlu Elnar Əsgərov ("Azərbaycan Dövlət Dəmir yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun oğlu- red.) deyib get ondan pul al, filankəsə ver, oğlum da onu edib".
Adam oğurluğu ilə məşğul olan dəstə zərəsizləşdirilib
Daxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
İranda zəlzələ nəticəsində 141 nəfər həlak olub, mindən çox adam yaralanıb - FOTO
Bakıda intihar: Zorla ərə verilən qız özünü binadan atdı
“JEK” işçisinin başını kəsdilər - Meyitini əri tapdı
Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib. Mәnzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endiriblər. Daha sonra isə başını kəsiblər.
“Blatter mənə təcavüz edib” – millinin qapıçısı
Külli miqdarda brilyantın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı
Brilyant qaşları qanunsuz yolla ölkə ərazisinə gətirmək cəhdi baş tutmayıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Sarayda ŞOK OLAY: 25 yaşlı oğlan 9 yaşlı uşaqla dəfələrlə cinsi əlaqəyə girdi və...
Telman İsmayılov barədə həbs qərarı verildi: 2 nəfərin olümündə təqsirləndirilir - YENİLƏNİB
Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabı qərar çıxarıb. O, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib. Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya verilib.














