MTN generalı Elçin Quliyevə ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ, VAR-DÖVLƏTİ ALINSIN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
13 Noyabr 2017 16:06 KriminalLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında Elçin Quliyevin 15 , Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, hər iki şəxsin medal və rütbələrinin əllərindən alınmasını və əmlaklarına həbs qoyulmasını tələb edib. Lent.az