Kriminal

Türkiyə vətəndaşını vuran sürücü saxlanıb

14 Noyabr 2017 16:01

 Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də Türkiyə vətəndaşı Nevzat Çakıcının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Şirvan şəhər sakini Fəqan Həsənli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında - 700 milik yeyinti

14 Noyabr 2017 15:34

"Leyla Şıxlinskaya" Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Telman İsmayılov müğənni Avraam Russonu öldürmək istəyirdi

14 Noyabr 2017 14:30

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı iş adamı Telman İsmayılov barədə sensasion iddia açıqlanıb. İstintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.

Qadını qarət edən şəxs saxlandı

14 Noyabr 2017 13:08

Noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

DİN Şamaxıdakı dəhşətli qətllə bağlı məlumat yaydı

14 Noyabr 2017 13:07

Noyabrın 13-də səhər tezdən Şamaxı Rayon Polis Şöbəsinə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmalarla müəyyən edilib ki, hər səhər onu məktəbə yola salan anası Badamı görməyən oğul həyəcanlanıb və dərhal polisə müraciət edib. DİN-dən “Olaylar”a bildirilib ki, dərhal yaradılan istintaq-əməliyyat qrupu şəhərin Azadlıq küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirib. Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib.

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisinin qətlə yetirdiyi məlum olub

14 Noyabr 2017 13:02

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub. 

Prokuror MTN generalı Elçin Quliyevin DTX-ya vurduğu 7 milyon manat ziyanın ödənilməsini istəyib

14 Noyabr 2017 13:00

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə prokurorun çıxışının bəzi təfərrüatları məlum olub.

Lombardı qarət edən şəxs tutulub

14 Noyabr 2017 12:56

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Donuz oğrusu yaxalandı

14 Noyabr 2017 12:55

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Habil Məmmədovun ətrafında Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. “Olaylar”ın məlumatına görə, DİN-in mətbuat xidmətidnən bildirilib ki, onun 2016-cı il avqustun 13-də Buzovna qəsəbə sakini Rövşən Bayramova məxsus həyətyanı sahədən 6 baş donuz oğurlaması da müəyyən edilib.

Ögey anasını öldürüb quyuya atdı

14 Noyabr 2017 12:52

Şamaxı şəhərində qətl hadisəsi baş verib.“Olaylar” xəbər verir ki, hadisə noyabrın 13-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib.

Bacısının başını kəsən qızla bağlı məhkəmə qərarı ETİRAZ YARATDI

13 Noyabr 2017 16:58

Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından prokuror apelyasiya protesti verib. 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib. Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

13 Noyabr 2017 16:39

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, iş üzrə şahidlər prosesə dəvət edilsə də, gəlmirlər. Məhkəmə buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Fikrət Qoca nəvəsinə əsəbləşdi: "Qələt edir, dədəsini öldürənləri bağışlayır"

13 Noyabr 2017 16:18

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.