Kriminal
Lombardı qarət edən şəxs tutulub
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Donuz oğrusu yaxalandı
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Habil Məmmədovun ətrafında Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. “Olaylar”ın məlumatına görə, DİN-in mətbuat xidmətidnən bildirilib ki, onun 2016-cı il avqustun 13-də Buzovna qəsəbə sakini Rövşən Bayramova məxsus həyətyanı sahədən 6 baş donuz oğurlaması da müəyyən edilib.
Ögey anasını öldürüb quyuya atdı
Şamaxı şəhərində qətl hadisəsi baş verib.“Olaylar” xəbər verir ki, hadisə noyabrın 13-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib.
Ərini sınamaq üçün çarpayının altına girdi - Gözlərinə inanmadı - VİDEO
Bakıda “Gelandewagen” daha bir can aldı — Sürücü məmur oğlu imiş
Bacısının başını kəsən qızla bağlı məhkəmə qərarı ETİRAZ YARATDI
Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından prokuror apelyasiya protesti verib. 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib. Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.
Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, iş üzrə şahidlər prosesə dəvət edilsə də, gəlmirlər. Məhkəmə buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Fikrət Qoca nəvəsinə əsəbləşdi: "Qələt edir, dədəsini öldürənləri bağışlayır"
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
MTN generalı Elçin Quliyevə ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ, VAR-DÖVLƏTİ ALINSIN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gənclərə “seks tələsi” quranlara ağır cəza verildi - Qızlar buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevaya hökm oxunub.
Telman İsmayılov beynəlxalq axtarışa verildi
İki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov beynəlxalq axtarışa verilib. Bu barədə Ria Novosti-yə Moskva Basman rayon məhkəməsinin mətbuat xidməti məlumat verib.
Elçin Quliyevə 15 illik HƏBS TƏLƏBİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Arif Əsgərovun bacanağı: “Oğlum Elnar Əsgərovun dediyini edib”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə E.Hüseynovun atası İsmayıl Hüseynov şahid qismində dindirilib. Bildirib ki, onun yanında kimsə kiməsə pul verməyib: "Mənim oğlum ortada vasitəçi olub. Pul alan məlum, verən məlum. Xahiş edirəm iş düzgün araşdırılsın. Mən oğlumun dövlət işində işlədiyini bilmişəm, başqa fəaliyyəti barədə xəbərim olmayıb. Baldızım oğlu Elnar Əsgərov ("Azərbaycan Dövlət Dəmir yolları" QSC-nin sabiq sədri Arif Əsgərovun oğlu- red.) deyib get ondan pul al, filankəsə ver, oğlum da onu edib".
Adam oğurluğu ilə məşğul olan dəstə zərəsizləşdirilib
Daxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.














