Kriminal
Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz saxlanılıb
Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək insanları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb. DİN-dəən “Olaylar”a verilən məlumata görə, daxili İşlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinə (RPİ) taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, cari ilin noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır.
Atadan qızına qarşı DƏHŞƏTLİ ƏMƏL - Yatdığı yerdə...
Bakıda gənc qız gecə klubunda döyüldü
Bakıda gecə klubunda insident yaşanıb. Hadisə gecə saat 02 radələrində Rəşid Behbudov küçəsində yerləşən "Seyf" klubda baş verib.
Qadın keçmiş əri tərəfindən “ASAN xidmət”də döyüldü
Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. Hadisə Gəncə “ASAN xidmət” mərkəzində baş verib. Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə “ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
“Qarabağ” – “Sumqayıt” matçında kütləvi davanın VİDEOSU
Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Avtomobil qaçıran tutulub
500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tural Məmmədov və Elşən Yolçuyev tutulublar. Avtomobil qaçırdığına görə tutulan Cəmil Səfərəliyevin sentyabrən 4-də daha bir avtomobil qaçırdığı müəyyən edilib.
Avtomobil vuran 2 piyada hadisə yerində ölüb
Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 16-da saat 6.00 radələrində Bərdə şəhərində Güloğlular kənd sakini Malik Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakinləri Zakir Əliyevi və onun arvadı Zülfiyyəni vurub və nəticədə hər iki piyada hadisə yerində ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
Piyadanı vurub qaçan sürücü saxlanıb
Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Kabel oğurlayan yeniyetmə saxlanıb
Kabeli oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 8-də Bakı şəhər sakini Orxan Vəliyevə məxsus evdən 500 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini olan bir yeniyetmə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oğrunun digər əməlləri də ifşa edilib
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Fidan Fərzəliyevaya məxsus “Opel” markalı avtomobildən sənəd və açar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turqut Sadıqlı tutulub. Onun sentyabrın 23-də Əziz Əliyevə və Xıdırnəbi Mustafayevə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Bakının "tikinti kabusu"- bir evdən 4 qat pul qazanan vəzifəli şəxslər
Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)
Rusiya meşələrini doğrayan 3 azərbaycanlı tutuldu
Rusiyanın İrkutsk vilayətinin, Çunski rayonunda üç azərbaycanlı saxlanılıb. İrkutsk vilayət prokurorluğunun yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər meşə ağaclarını qanunsuz kəsməkdə təqsirləndirilirlər. Onların dövlətə 1,6 milyon rubldan çox ziyan vurduğu qeyd olunub. Məluma olub ki,həmin şəxslərdən biri daha əvvəl Rusiyadan deportasiya edilsə də, saxta sənəd düzəltdirərək, yenidən ölkəyə qayıdıb.














