Piyadanı vuran şəxs istintaqa cəlb edilib
Bakı şəhər sakini Fəridə Səmədovanı idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən şəxs istintaqa cəlb edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib.
20 Noyabr 2017 17:30 KriminalBakı şəhər sakini Fəridə Səmədovanı idarə etdiyi avtomobillə vurmaqda şübhəli bilinən şəxs istintaqa cəlb edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.