Piyadanı vurub qaçan sürücü saxlanıb

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Chevrolet" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31