“Qarabağ” – “Sumqayıt” matçında kütləvi davanın VİDEOSU
17 Noyabr 2017 23:09 İdman
Xəbər verdiyimizi kimi, Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında kütləvi dava baş verib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, buna qonaq komandanın azarkeşlərinin Ağdam təmsilçisinin fanatlarına qarşı təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Nəticədə tərəflər arasında dava düşüb. Məsələyə müdaxilə edən polis əməkdaşları "Qarabağ Ordusu" azarkeş qrupunun rəhbəri Ramiq Quliyevlə ağdamlıların rəsmi fan-klubunun rəhbəri Elvin Süleymanovu saxlayıb. Hər iki azarkeş Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31