Dələduzluqda ittiham olunan baş redaktorun məhkəməsi başlayır

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır. Öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb.

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır. Öz işçilərinə qarşı dələduzluq edərək 264 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatında verilib. İlkin hazırlıq iclası noyabrın 21-də keçiriləcək.

G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31