Bakıda şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi olub
15 Noyabr 2017 09:52 KriminalBakıda şadlıq evinin qarşısında orta yaşlı kişi bıçaqlanıb. Hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bakıxanov qəsəbəsində, "Fidan" şadlıq evinin qarşısında 1985-ci il təvəllüdlü Baxşəliyev Rəsul Qərib oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun sağrı və bud nahiyəsinə ümumilikdə iki bıçaq xəsarəti yetirilib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31