Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 31-də saat 9 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində rayon sakinləri Sənan Eynullayevin idarə etdiyi “VAZ-21099” və Sarvan Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
1 Noyabr 2017 16:40 KriminalQəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 31-də saat 9 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində rayon sakinləri Sənan Eynullayevin idarə etdiyi "VAZ-21099" və Sarvan Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Eynullayev hadisə yerində ölüb, S.Sadıqov və sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.