Polisdən gecə əməliyyatı :Fədayənin "Qoca"sı həbs edildi, yanındakı adam öldürüldü
2 Noyabr 2017 05:10 SosialOktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet həbs edilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı "Qoca" ləqəbli Etibar Məmmədov həbs edilib.
Məlumatlara görə, "vorzakon"un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Onun yanında olan şəxslərdən birinin öldürüldüyü haqda məlumatlar var. "Qoca" isə sağ olaraq ələ keçirilib.
Hadisə ilə bağlı məlumat gec gəldiyi üçün rəsmi qurumlardan münasibət öyrənə bilmədik.
Qeyd edək ki, bu hadisə baş verdiyi gündən Azərbaycan mətbuatının gündəmindən düşmür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31