Silsilə oğurluqla məşğul olan şəxs tutulub
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub. Ətrafında aparılan tədbirlərlə onun “KamAZ” markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.
1 Noyabr 2017 16:38 KriminalElektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərdən birindən 600 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kərimov tutulub. Ətrafında aparılan tədbirlərlə onun "KamAZ" markalı avtomobildən akkumulyator və 1 mənzildən məişət əşyaları oğurladığı da müəyyən edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.