Ağcabədi sakinlərindən ov tüfəngi götürülüb
Ağcabədi rayon sakinlərində ov tüfəngi aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Laçın RPŞ-nin (Ağcabədi rayonu) əməkdaşları tərəfindən Ağcabədi rayon sakinləri Amil İmanovdan və Səxavət İmanovdan “İJ-16” və “İJ-20” markalı ov tüfəngləri götürülüb. Həmçinin Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 29 manat və “İJ-16” markalı ov tüfəngi oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Quliyev tutulub.
31 Oktyabr 2017 17:41 KriminalAğcabədi rayon sakinlərində ov tüfəngi aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Laçın RPŞ-nin (Ağcabədi rayonu) əməkdaşları tərəfindən Ağcabədi rayon sakinləri Amil İmanovdan və Səxavət İmanovdan "İJ-16" və "İJ-20" markalı ov tüfəngləri götürülüb. Həmçinin Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 29 manat və "İJ-16" markalı ov tüfəngi oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Quliyev tutulub.