16 yaşda ana olan qadın 5 yaşlı qızını öldürdü – MƏHKƏMƏ PROSESİ
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid Zeybulla Ələsgərov ifadə verib. Zeybulla Ələsgərov qoyun otardığını və Gülnarə Saypullayevanı da orada gördüyünü deyib.
1 Noyabr 2017 13:06 KriminalQusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid Zeybulla Ələsgərov ifadə verib. Zeybulla Ələsgərov qoyun otardığını və Gülnarə Saypullayevanı da orada gördüyünü deyib.
Daha sonra şahid qismində Seymur Guləliyev ifadə verib. O, söyləyib ki, eyni kənddə yaşayıblar, səs-küy eşidəndə çölə çıxıb: "Yoldaşım dedi ki, Luzia yoxdur. Onu axtarıb evdən tapdılar. Halı pisləşdiyi üçün xəstəxanaya apardılar. Sonra ölüsü barədə bunları eşitdim". Şahid Gülnarə Saypullayevanı bir neçə dəfə gördüyünü söyləyib.
Daha sonra sərbəst ifadə verən Gülnarə Saypullayeva bildirib ki, anası onun uşağına qəbul etməyib: "Ata evinə gedəndə anam mənə dedi ki, uşağı gətirmə. Hadisə günü uşağın süd içdiyini gördüm. Tanrıya and olsun ki, uşağımı zəhrləməmişəm. Səhvən özü dərmanı içib. Mən özümü öldürərdim, amma uşağı yox. Anamla münasibətimiz yaxşı deyildi. Mən ona lazım deyildim. Psixoloji cəhətdən əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağı qəbul eləmədi, mənə kömək elmədi. Bakıdan bir qadın gəlmişdi. Anam uşağı ona vermək istəyirdi".
Suallara cavab verən Gülnarə Saypullayeva istintaqda uşağına öldürməsini etiraf edən ifadə verməsini izah edə bilməyib.
Dövlət ittihamçısı söyləyib ki, Gülnarə Saypullayevanın ərini polisə zəng etdiyini və arvadının uşağını öldürdüyünü deyib.
Gülnarə Saypullayeva buna görə birinci ərinin həbs edilməli olduğunu deyib. O qeyd edib ki, uşağı tərkibində zəhər olan südü içən zaman yanında heç kim olmayıb.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsinin başladığı elan edilib və istintaqının başa çatdığı elan olunub.
Növbəti proses noyabrın 8-də davam edəcək.
İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, uşaq zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib. Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Publika.az