Məmur qızı özünü binadan belə atdı - Anası övladını söydü - VİDEO
31 Oktyabr 2017 07:57 KriminalTürkiyənin İzmit şəhərində intihara cəhd olub.
Unikal.org xəbər verir ki, Türkiyənin İzmit şəhərində 16 yaşlı qız hündürmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyib. O, "Anam gəlsin" deyə qışqıraraq anasının ora gəlməsini tələb edib. Bir müddət sonra qızın anası hadisə yerinə gəlib. Özünü aşağı tullayan qızı xoşbəxtlikdən xilasedicilər qurtara biliblər. O, xilasedicilərin açdığı hava yastığının üzərinə düşüb.
Məlum olub ki, qızın intihar etməsinə anasının onu tənbeh etməsi səbəb olub.
Belə ki, ana qızına "Nə dərdin var, rəzil, tərbiyəsiz! Nə dərdin var, heyvan? Ən yaxşı məktəbdə oxuyursan. Ən yaxşı içkiləri içirsən, ay heyvan! 40 illik dövlət məmurunu rəzil etdin!" deyə qızını danlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31