Sabah hökm oxunacaq
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.
29 Oktyabr 2017 12:50 SosialSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.
Hökm sabah elan olunacaq.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Çovdarov da daxil olmaqla, təqsirləndirilən digər şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Apa.az