Bakıda avtobusdan yerə düşən qadını və onun qızını...
30 Oktyabr 2017 08:56 KriminalBakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub.
Məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.
Bilgəh qəsəbəsində dayanacaqda avtobusdan enərək yola çıxan 1973-cü il təvəllüdlü Bayramova Afət Tofiq qızı və onun qızı, 1997-ci il təvəllüdlü Bayramova Lamiyyə Habil qızını minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb./Report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31