Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma -yaralanan var
26 Oktyabr 2017 11:18 KriminalGəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.
"Report"un xəbərinə görə, hadisə Kəpəz rayonunda yerləşən "Miraj" çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən "Sınıq Körpü" keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31