Jurnalist avtomobil qəzasında dünyasını dəyişdi

Axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman "Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlunu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

Axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən zaman "Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlunu vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü S. Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31