Bakıda qatardan qaçan məhbuslar tapıldı - Xırdalanda atışma gedir - SON DƏQİQƏ

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını xəbər vermişdik. Kütləvi İnformasiya Vasitələrində Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verməsilə bağlı xəbər yayılıb. Xəbərdə deyilir ki, Biləcəri qəsəbəsi ərazisində dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqondan qaçan məhbuslar Xırdalan şəhəri ərazisində tapılıblar. Onlar polisə müqavimət göstərib və atışma baş verib.

23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçdıqlarını xəbər vermişdik.

Kütləvi İnformasiya Vasitələrində Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verməsilə bağlı xəbər yayılıb. Xəbərdə deyilir ki, Biləcəri qəsəbəsi ərazisində dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqondan qaçan məhbuslar Xırdalan şəhəri ərazisində tapılıblar. Onlar polisə müqavimət göstərib və atışma baş verib.

Abşeron rayon Polis İdarəsi və Xırdalan şəhər polis bölməsindən bildiriblər ki, onlarda bu barədə məlumat yoxdur. Həmçinin Xırdalan şəhər Təcili və Tibbi Yardım Stansiyasından da, bu barədə onlara heç bir çağırış olmadığı bildirilib.

***

Həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən yeri  müəyyənləşdirilib. Bizdə olan məlumata görə, hazırda Xırdalan ərazisində cinayətkarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma gedir. Ölən və yaralıların olduğu bildirilir...

Yeniçağ.az

Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31