İsmayıllıda “marixuana” əməliyyatı keçirilib

İsmayıllı şəhər sakinində narkotik vasitə aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

İsmayıllı şəhər sakinində narkotik vasitə aşkarlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb. Daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkovasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkovasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib. Faktla əlaqədar İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31