Kriminal
Bərbərxanada qətl törədilib
Mingəçevir şəhərində qətl hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də Mingəçevir şəhərində şəhər sakini Pərviz Axundovun işlədiyi bərbərxanada həmyerlisi Eldar Abbasovla aralarında münaqişə baş verib və bu zaman sonuncu bıçaqla ona xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən P.Axundov orada ölüb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Abbasov şübhəli şəxs qismində tutulub.
Oyun aparatı oğurlayanların qolları qandallandı
Paaytaxtda oyun aparatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki internet klublardan birindən 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Asif Niyazov və Məhəmməd Hüseynzadə tutulublar. M.Hüseynzadənin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da “İsuzu” markalı avtomobildən ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Akkumlyator oğruları ələ keçiblər
Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-dən 21-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Orucov və əvvəllər məhkum olunmuş Anar Abdullayev tutulublar.
Ağdam sakininin evində silah aşkar edilib
Ağdam rayon sakinin evində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Dəyanət Əhmədovun paytaxtın Sabunçu rayonu Ləhiş bağlar sahəsində yaşadığı evə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Bakıda tikinti şirkətinə qarşı 5 milyon manatlıq məhkəmə iddiası qaldırıldı
"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.
Oğru “iş başında” saxlanıb
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərk hadisə yerindən qaçmağa cəhd göstərib.
ŞOK OLAY: Bakıya gətirilən məhkumlar qatardan qaçdı
Kafedə kişi üstündə qadınlar arasında dava: yaralanan var - Bakıda
Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub. Hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib. Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib.
Bakıda DƏHŞƏTLİ QƏZA: Qadının meyiti küçəyə səpələndi ( +18 FOTO )
Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...
Xırdalan şəhərində sevgilisinə təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az xəbər verir ki, Pərvin Cəbrayılov Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub. Amma faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda kirayədə yaşayıb, paytaxtda fəhləliklə məşğul olub.
Restoranda bıçaqlanma - Gənc oğlanın dili batdı
Bakıdakı restoranlardan birində iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Salyan yolu, 62 ünvanında yerləşən “Qurman” restoranında 1992-ci il təvəllüdlü Elvin Mirzəyev tanımadığı bir nəfərlə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman naməlum şəxs Elvin Mirzəyevə çoxsaylı bıçaq zərbələri vurub və hadisə yerindən qaçıb.
6-cı sinif şagirdi itkin düşdü - Xaçmazda
Xaçmaz şəhərində məktəb şagirdi itkin düşüb. Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
Ofisi qarət edən şəxs yaxalanıb
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 3 avtomobildən və 1 ofisdən də oğurluq etdiyi müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elşən Mustafayevin ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 19-dan oktyabrın 2-dək olan müddətdə 3 avtomobildən və 1 ofisdən mobil telefon, akkumulyator və maqnitofon oğurlaması da müəyyən edilib.
Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib
Narkotik vasitə ilə tutulan şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, narkotik vasitə ilə tutulan Zakir Teymurovun ətrafında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 7-də rayon ərazisindəki 1 evdən su mühərriki, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Oğurluqla məşğul olan Nardaran sakini tutulub
Oğurluqda şübhəli bilinən Nardaran qəsəbə sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-dən oktyabrın 10-dək olan müddətdə 4 nəfərə məxsus həyətyanı sahələrdən 1 baş qoyun, elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Etibar Rzazadə tutulub.














