Bakıda qaçırılan avtomobil Salyanda tapıldı
Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
24 Oktyabr 2017 15:54 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub. Qeyd edilən avtomobil Salyan rayonunun Noxudlu kəndində yaşayan Qədir Nuriyevin həyətində tapılıb.