Kriminal
Avtomobil qaçıran şəxs tutulub
Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi, Abşeron RPİ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Abşeron rayon sakini Rasim Məmmədova məxsus qaçırılan “Opel” markalı avtomobil həmin gün Salyan rayonunun Sarvan kəndi ərazisində saxlanılıb və onu idarə edən Bakı şəhər sakini Cavidan Əliyevlə birgə Salyan RPŞ-yə təhvil verilib.
Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb
Siyəzən və Tovuz rayonlarında mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.
Silahlı hücumda yaralanan iki azərbaycanlının vəziyyəti ağırdır
Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib. "Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb. Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib".
Qobustanda oğlandan 70 yaşlı anasına qarşı RÜSVAYÇI HƏRƏKƏT: dəfələrlə cinsi əlaqədə oldu...
Qobustan rayonunda 70 yaşlı anasına təcavüz etməkdə təqsirli bilinən 27 yaşlı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baş tutan prosesdə prokuror çıxış edib.
Aygün Bəylərin qardaşının işi təxirə düşdü- dəstə üzvlərindən birinin vəziyyəti ağırdır
Sumqayıtda iranlı tələbəni öldürən dəstənin qadın üzvü həbs edilib
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Avtomobildə gizlədilən mobil telefonlar aşkar edildi
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a 500 MANAT CƏRİMƏ
Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il, mayın 13-də dərsə gecikmiş 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin gecikmə hallarının qarşısını almaq fikrinə düşüb.
"Bu telefonu almağa "zasluqam" çatır" - Gənclərin məhkəməsindən
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü kriminal aləmin adamı kimi təqdim edib insanları hədələyərək telefon və pullarını alan gənclər - 1996-cı il təvəllüdlü Nəbiyev Yusif və 1992-ci il təvəllüdlü Həsənov Muradın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lənkəranskinin yaxın adamı 3,6 milyon avroya həbsdən AZAD OLDU
Kriminal avtoritet, Şeyx Xamzat kimi tanınan çeçen Xamzat Qastamirov və onunla əlbir olan dəstə üzvləri 18 oktyabr tarixində Niderland məhkəməsi tərəfindən azad edilib. Kriminal avtoritetə üç biznesmen zamin dayanıb. Qastamirov azad olunması üçün məhkəməyə 3,6 milyon avro rüşvət verib.
Avtomobillə azyaşlını vurub qaçdı
Salyan şəhəri ərazisində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 18-də saat 21 radələrində Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini - azyaşlı Ayxan Əhmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda qaçırılan avtomobil Gəncədə tapılıb
Yasamal rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Mirhüseyn Mirxasov tutulub. Onun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.
Seyf oğrusu 19 ildən sonar ələ keçdi
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər oğurluq hadisəsi də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dollar və sənəd olan seyfi oğurlaması da müəyyən edilib.
Avtomobil oğrusu sükan arxasında saxlandı
Oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.














