Aygün Bəylərin qardaşının işi təxirə düşdü- dəstə üzvlərindən birinin vəziyyəti ağırdır
20 Oktyabr 2017 13:48 KriminalQətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.
Məhkəmə prosesində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəndən məktub gəldiyi elan olunub. Məktubda bildirilib ki, təqsirləndirilən F.Məmmədzadənin səhhəti yaxşı olmadığı üçün onun məhkəməyə göndərilməsi mümkün deyil.
Məhkəmə iclası oktyabrın təxirə salınıb.
Qeyd edək ki, dövlət ittihamçısı Aygün Bəylərin qardaşı Abbas Hümmətovun 19 il 6 ay, Fuad Məmmədzadənin 20 il, Elnur Alxazovun 20 il, Ramil Əsirovun 20 il, Elnur Əsirovun 20 il, Cavid Alxazovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib..
Dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.
Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.
Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.
Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.