Avtomobili qaçıran şəxs saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub.

Avtomobil qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun hadisəni Salyan rayon sakinləri Ülvü Xudayev və Qədir Nuriyevlə birgə törətməsi müəyyən edilib.Tədbirlərin davamı olaraq Ü.Xudayev və Q.Nuriyev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31