Yevlax sakinindən marixuana götürülüb
Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi avtomobildə marixuana aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 24-də saat 19 radələrində Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi “VAZ-21114” markalı avtomobil BDYPİ-nın Şəki şəhəri ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılıb.
25 Oktyabr 2017 15:19 KriminalYevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi avtomobildə marixuana aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 24-də saat 19 radələrində Yevlax rayon sakini Anar Rəşidzadənin idarə etdiyi "VAZ-21114" markalı avtomobil BDYPİ-nın Şəki şəhəri ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılıb. Baxış zamanı oradan 290 qram marixuana aşkar edilərək götürülüb. A.Rəşidzadə və sərnişinləri, Yevlax rayon sakinləri Arif Bəkirov, qardaşı Teymur Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarına təhvil veriliblər. Araşdırma zamanı narkotok vasitənin A.Bəkirova məxsus olması müəyyən edilib.