Bacısının evini qarət etdi

Abşeron rayonunda qardaş bacsının evini qarət edib. Məlumata görə hadisə Xirdalan şəhərində qeydə alınıb. Belə ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva Reyon Polis İdarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Abşeron rayonunda qardaş bacsının evini qarət edib. Məlumata görə hadisə Xirdalan şəhərində qeydə alınıb. Belə ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva Rayon Polis İdarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb: "Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam".Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31