Kriminal

DİN: Sumqayıtda güllələnmiş kişi meyitinin tapılması barədə məlumatlar yalandır

9 Fevral 2018 16:25

Daxili İşlər Nazirliyi Sumqayıtda dəniz kənarından güllələnmiş kişi meyitinin tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin xətbuat xidmətinin rəisi Ehsan Zahidov cavabında bu məlumatın yalan olduğunu qeyd edib: “Sosial şəbəkələrdə həmin məlumat yayıldıqdan dərhal sonra araşdırmışıq ki, son vaxtlar nə Sumqayıtdakı, nə də Coratdakı hansısa müəssisədə işçilərin hər hansı etirazı qeydə alınıb. Müəssisələrdə 26 yaşlı Emin Nəbiyev ad-soyadlı işçi də olmayıb. Onu da bildirim ki, Sumqayıtda dəniz kənarından nəinki üzərində güllə yaraları olan meyit, heç öz əcəli ilə vəfat etmiş insan cəsədi də aşkarlanmayıb. Uydurma xəbər xəstə təxəyyülün zay məhsulundan başqa bir şey deyil”.

20 ildir axtarılan azərbaycanlı cinayətkar lider tutuldu

9 Fevral 2018 14:10

Azərbaycandan olan cinayətkar qrupun rəhbəri Moskvada həbs edilib. Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk söyləyib. Onun sözlərinə görə, bu şəxs 20 il müddətində Rusiya hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Bu şəxsin Azərbaycan ərazisində banditizmə görə axtarışda olduğu vurğulanıb. Onun başqa adlar altında Rusiya ərazisində gizləndiyi bildirilib.

Prokuror "İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsə 20 il cəza istəyib

9 Fevral 2018 13:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı iş mərkəzində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. Prokuror E. Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Keçmiş məhkum marixuana ilə yaxalandı

9 Fevral 2018 13:13

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub.Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-8” markakı tüfəng də aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Narkotik vasitəni siqaret qutusunda gizlətdi

9 Fevral 2018 13:11

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib.

Sabirabadda oğurluq etdi, Bakıda saxlandı

9 Fevral 2018 12:59

Sabirabadda yerləşən mağazadan nağd pul və danışıq konturları oğurlayan şəxslər Bakı şəhərində saxlanılıb.“Olaylar” xəbər verir ki, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad RPŞ Qaragüney Polis Bölməsinə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq olunduğu barədə məlumat verib.

Çudo Peçka" sahibinin məhkəməsində şahidlər ifadə verib

8 Fevral 2018 16:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prosesdə şahid qismində Nazim Aslanov ifadə verib. O, bildirib ki, adına bankdan pul götürülüb: "Mən qohum kimi köməklik etdim. Pulları "Çudo Peçka"nın inkişafı üçün götürmüşdük". Digər şahid Samir Məmmədov ifadəsində bildirib ki, "Çudo Peçka"nın “28 May”da yerləşən mağazasında müdir vəzifəsində çalışıb. O bildirib ki, mağaza arendaya götürülüb və alınan kreditlər avadanlıqların alınmasına xərclənib.

Şıxlinskayanın əməkdaşları ifadə verdi

8 Fevral 2018 16:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qadının evinə basqın edən yaxalanıb

8 Fevral 2018 15:03

Bakıda qadının evinə silahlı basqın edən şəxs yaxalanıb.Daxili İşlər Nazirliyindən “Olaylar”a bildiriblər ki, “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.Dərhal aidiyyəti üzrə həmin ünvana gələn Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.

Silsilə oğurluqla məşğul olan dəstə zəzərsizləşdirilib

8 Fevral 2018 15:02

Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Bacısının evindən 20 min manat oğurladı

8 Fevral 2018 14:59

Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini evindən 20 min manat və 400 dolların oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.Qeyd olunan faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Qardaşlardan narkotik vasitə götürülüb

8 Fevral 2018 14:57

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçidikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar olmaları müəyyən edilib. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.

Yüksək dozalı narkotik qəbul etdi, dünyasını dəyişdi

8 Fevral 2018 14:56

Bakıda narkotik aludəçisi yüksək dozalı narkotik qəbul edərək ölüb. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Belə ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb.

Bakıda uşaqlardan ibarət cinayətkar dəstə tutuldu - Aralarında qız da var

8 Fevral 2018 14:12

DİN-dən verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.