Kriminal
Bakıda məktəbdə təcavüzə məruz qalan 7-ci sinif şagirdi İNTİHAR ETDI
Məşhur xanım idmançının evindən içərisində 70 min manat olan seyf oğurlanıb
Bakıda məşhur xanım idmançının evi qarət olunub. Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
İlham Rəhimovun qohumunu öldürdülər
Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. Qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib.
Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub
Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb."Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.
Samuxda kürəkən 73 yaşlı qayınanasını bıçaqladı
Gəncə sakini saxlanılıb - narkotikə görə
Ötən gün Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DTX və DİN Ağdamda əməliyyat keçirib
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq olub
Paytaxt ərazisində bir gecədə 4 obyektdən oğurluq edən yeniyetmələr polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.
Nazirin quldur dəstəsi: 1 manatlıq soyğundan 24 min manatlıq qızıl oğurluğuna qədər...
Azərbaycanda silah qismində əşyadan da istifadə etməklə seriya soyğunçuluq və oğurluq cinayətləri törətmiş daha bir mütəşəkkil qruplaşmanın işi üzrə məhkəmə prosesi başlayıb.
Akif Çovdarovun cinayət işinin apellyasiya məhkəməsinə getməməsinin səbəbi məlum olub
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki verilən apellyasiya şikayətinin indiyədək məhkəməyə göndərilməməsinin səbəbi məlum olub. Buna səbəb A. Çovdarovun məhkəmə iclas protokolları ilə tanış olub öz qeydlərini vermək istəyidir. A. Çovdarov protokollarla tanış olduqdan sonra iş apellyasiya məhkəməsinə göndəriləcək.
Oğurluqla məşğul olan dəstə ifşa edilib
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 35-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Sabirabad rayonundakı mağazaların birindən 580 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Pirqulu Hüseynov, Sabirabad rayon sakini Əlisa Nərimanov və Biləsuvar rayon sakini Nüsrət Həsənəliyev saxlanılıblar.
Neftçala sakinindən narkotik vasitə götürülüb
Neftçala rayonunun Həsənabad qəsəbə sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən “Olylara” verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
25 nəfərin pulunu mənimsəyən saxlanıb
Bakı şəhər sakini Elçin Dadaşovun 25 nəfəri aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.
Oğruların digər əməlləri ifşa edildi
Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Bəhruz Mirzəyevin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən qardaşı oğlu, əvvəllər məhkum olunmuş Loğman Mirzəzadə saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 7-dən cari il yanvarın 12-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən mobil telefon, 1 qadının çantasından pul və sənəd oğurlaması, habelə 1 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib. Oğurluq etdiklərinə görə tutulmuş Mirzağa Cəlilovun, İsmayıl Həsənovun və Saleh Osmanovun ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 2-dən fevralın 5-dək olan müddətdə rayon ərazisindəki 5 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulları, spirtli içki və məişət əşyaları oğurlamaları da müəyyən edilib.














