Kriminal
“BakuBus” avtobusundan oğurluq edildi
Bir qurup şəxs əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicini oğurlayıb. “BakuBus” MMC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.
Fərman Ceyranlıya hökm oxunub
Tbilisi şəhər məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib. Məlumata əsasən, məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.
Zaqatalada 5 otaqlı ev yanıb
Zaqatalada yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Kebeloba kəndində ümumi sahəsi 162 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 24 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Əfqan Muxtarlı azadlığa buraxıldı
Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı, bacısı və qardaşının övladının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb. O, hazırda Zaqatala rayonundadır.
Xanım baş redaktora 7 il cəza kəsildi - dələduzluğa görə
Arif Əsgərovun baldızı oğluna 9 il cəza istənildi - milyonluq dələduzluq
Ata oğlu və iki qohumu ilə əlbir olub 18 yaşlı şəxsi tövləyə saldı, zorladı və... - YARDIMLIDA DƏHŞƏT
Yardımlı rayonunda seksual xarakterli zorlakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İqbal Rəhimov, onun oğlu Qorxmaz Rəhimli, qardaşı oğlu, Nail Rəhimli və bacısı oğlu Təbib Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda ata yanan körpəsinin əzabını görməmək üçün onunla birgə yandı
Dörd dəfə məhkum olunmuş oğru ələ keçdi
Rövşənin 13 adamına ittiham elan edildi - 40 cildlik iş
Rusiya Federasiyası Sverdlov vilayəti istintaq komitəsi qətlə yetirilmiş qanuni oğru Rövşən Lənkəranskinin qruplaşmasının 13 üzvünə qarşı ittiham irəli sürüb.
Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin həbs müddəti uzadıldı
Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb. Bu barədə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C. Səmədovun həbs müddəti mayın 23-dək uzadılıb: "Məhkəmədə özü ilə də görüşdüm. Onun bel nahiyəsində ağrıları var. Bu da boynunda yaranmış şişlə əlaqədardır. Tibb məntəqəsinə müraciət edib və həkim nəzarətində müalicə olunur. Saxlanma şəraiti normaldır".
Narkotik vasitə ilə tutuldu, evindən silah çıxdı
Narkotik vasitə ilə tutulmuş şəxsin evindən odlu silah çıxıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Rəhman Xanəliyevin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Muğan qəsəbəsindəki evinə baxış zamanı lüləsi və qundağı kəsilmiş, nömrəsiz ov tüfəngi və patron aşkar edilərək götürülüb.
Evdən qızıl aparan ələ keçib
Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini İdrak Məmmədov saxlanıb. Araşdrima aparılır.














