Yüksək dozalı narkotik qəbul etdi, dünyasını dəyişdi

Bakıda narkotik aludəçisi yüksək dozalı narkotik qəbul edərək ölüb. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Belə ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb.

Bakıda narkotik aludəçisi yüksək dozalı narkotik qəbul edərək ölüb. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib. Belə ki, fevralın 6-da Pirallahı rayonunun S.Vurğun küçəsində yaşayan qəsəbə sakini İlya Lyaxın meyitinin mənzilində tapılması barədə daxil olan məlumat əsasında Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər aparılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.Mənzilə baxış zamanı, həmçinin içərisində narkotik vasitəyə bənzər maddə olan 5 bağlama və 2 büküm aşkar edilib götürülərək ekspertizaya təqdim olunub. Həmin bağlama və bükümlərdəki maddələrin çəkisi 1 kiloqram 116 qram heroin və 2 kiloqram 205 qram marixuana olması müəyyən edilib. İ.Lyaxın yüksək dozada narkotik vasitənin qəbulunun təsirindən ölməsi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31