Kriminal

"Qoca"nın qaçmasına kömək edən qadının həbs müddəti uzadıldı

7 Fevral 2018 15:25

Bu gün Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

4 nəfərdən odlu silah müsadirə edilib

7 Fevral 2018 14:59

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. “Olaylar” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da keçirilən reyd zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Azərbaycanlı gənc 74 yaşlı qadına TƏCAVÜZ ETDİ - Sonra isə... - VİDEO

7 Fevral 2018 13:57

İğdırda 74 yaşlı Şəfiqə.S.-ya öncə təcavüz edib, sonra 17 yerindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən naxçıvanlı 23 yaşlı Teymur Ramizov saxlanılıb.  10 uşaq anası 74 yaşlı qadının baxıcısı fevral ayının 1-də axşam saatlarında öz evinə gedib. Ertəsi gün, səhər saatlarında geri dönən baxıcı yaşlı qadının evin çöl qapısının açıq olduğunu görüb. İçəri girən baxıcı yaşlı qadını yerdə qanlar içində görüb, həmin an polis və təcili yardıma məlumat verib.

Hakimin qardaşına hökm oxundu - Həbs edilmədi

7 Fevral 2018 13:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimova hökm oxunub. Hakim Azad Məcidovun icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə M.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aşıq Namiqin təqsirləndirilən şəxslərdən pul tələbi — MƏHKƏMƏ

7 Fevral 2018 12:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Namiq Fərhadoğlu təqsirləndirilənlərə qarşı 54 min 500 manatlıq mülki iddia qaldırıb.

Aptekin müdiri saxlanılıb

7 Fevral 2018 11:45

Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixotrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.“Olaylar” xəbər verir ki, əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb. Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən “Çinar farm” adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixotrop maddələr satılır.

Ali Məhkəmə Maşallah Əhmədova qarşı şikayəti təmin etmədi

6 Fevral 2018 17:26

Bu gün Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Muğan sakinindən marixuana götürülüb

6 Fevral 2018 16:22

Muğan qəsəbə sakinindən marixuana götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Rəhman Xanəliyevdən 910 qram marixuana götürülüb. Hazırda narkotik vasitənin haradan əldə eilmsini müəyyən etmək məqsədilə araşdırma aparılır.

Fin qəsəbə sakinini maşın vurub

6 Fevral 2018 16:21

Füzuli rayonunun Qayıdış qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 5-də saat 19 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsində qəsəbə sakini Məmməd Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Fin qəsəbə sakini Cavid Əliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Alt paltarında heroin keçirmək istəyən şəxs yaxalandı

6 Fevral 2018 14:34

İrandan Azərbaycana narkotika keçirən şəxs yaxalanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Silsilə oğurluqla məşğul olan şəxslər saxlanılıb

6 Fevral 2018 12:50

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb

6 Fevral 2018 12:13

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlınınİraqda öldürüldüyü məlum olub. Bu barədə  İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.