Kriminal
Quldurluqda şübhəli bilinən şəxslər saxlanıb
Quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da paytaxt sakini Elxan Veysovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.
Kombi oğurlayan yeniyetmə tutulub
Abşeron rayonunda oğurluqla məşğul olan yeniyemə saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və 5 radiator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Mağazadan 3,3 min manat oğurlayıb
Oğurluqda şübhəli bilinən yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 3300 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Vətəndaşlardan ov tüfəngi götürülüb
Ağdaş rayonunun Eymur kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Eymur kənd sakini Cahangir İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Həmçinin Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri Salamat Hətəmovadan və Ruslan Baxşıyevdən müvafiq sənədləri olmayan “İJ-16” və “Tula” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
"Türkiyədən Kiprə qeyri-qanuni yolla gedəcəkdik"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda zərərçəkən Elnur Məmmədov hakimin sualına cavab olaraq ona məxsus 144 min dolların qaytarıldığını deyib. O, qalan pulun da qaytarılmasını istəyib və mülki iddianı müdafiə edib.
Bakıda avtobusu daşa basdılar: sərnişinin gözü çıxdı...
Qadının 900 manat pulunu alanın əlləri qandallanıb
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.
Polis əməliyyat keçirib-silah-sursat götürülüb
Polis əməliyyat yolu ilə vətəndaşdan xeyli silah-sursat götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.
Külli miqdarda narkotik vasitə müsadirə edilib
Külli miqdarda narkotik vasitə və güclü təsiredici həblər qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 12 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Avtomobil yolu keçən kişini vurub öldürüb
Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 31-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini İbrahim Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobil qaçıran saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də şəhər ərazisindən rayon sakini Lətafət Abbasovaya məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Faiq Qasımov saxlanılmışdır.
Peterburqda 60 milyon dəyərində qızıl oğurlyan dəstə ilə polis atışdı VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 31-də axşam saatlarında üç nəfər "Adamas" zərgərlik mağazasını yarıb. Hadisə yerinə gələn polislə soyğunçular arasında atışma yaşanıb.
Keçmiş MTN-in qadın generalı məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda qadın evindən 58 min dollar oğurlayıb sevgilisinə verdi
Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.














