Dörd dəfə məhkum olunmuş oğru ələ keçdi
8 Fevral 2018 10:30 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmətinin və DİN-in əməkdaşları birgə əməliyyat keçiriblər.
Əməliyyat nəticəsində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata əsasən, 2018-ci ilin fevral ayının əvvəlində Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin 24-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər dörd dəfə məhkum olunmuş, Bakı şəhəri ərazisindəki mənzillərdən silsilə oğurluq cinayətləri törətmiş, 1990-cı il təvəllüdlü vətəndaş Əliyev Elşad Fərrux oğlu Yevlax rayonu ərazisində maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı istintaq davam edir, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31