Kriminal
Avtomobili qarət edən yaxalanıb
Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs ələ keçib. DİN-dən “Olaylar”a veriln məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da Rahib Rəhimova məxsus “KİA” markalı avtomobildən 500 manat və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.
Oğrunun digər cinayət əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəcsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlunata görə, oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT- YENİLƏNİB
Qəbələ rayon Tikanlı kənd sakini Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin törətdiyi cinayətin təfərrüatları bəlli olub. Qəbələ rayon Tikanlı bələdiyyə nümayəndəsinin verdiyi məlumata görə Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar: “Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olurdu. Kənddə onların ailəsi demək olar ki, ad çıxarıb.
Bakıda bankomatdan pul çıxaran qadına qarşı CİNAYƏT
Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Dünən saat 11:45 radələrində Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank”ın bankomatından pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçan şəxs çox keçmədən yaxalanıb.
Bakıda İsveçrə vətəndaşı saxlanıldı: çantasından külli miqdarda valyuta çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Azərbaycanlı qız 3 nəfəri niyə güllələdi: Eşq, yoxsa cihad?
Azərbaycanlı qadın "Youtube"nin baş ofisində intihar etdi - VİDEO - FOTO
Mühafizə şirkətinin direktoru 15 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xızıda qoyun oğrusu tutulub
Qoyun oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Elnur Hüseynova məxsus 42 baş qoyunu oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqla məşğul olan 4 yeniyetmə ələ keçib
Oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.
Cinayətkar dəstə üzvləri ifşa edilib
Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.
Avtomobil piyadanı vurub öldürdü
Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 2-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Qadının qulağından sırğanı dartıb qaçan şəxs tutulub
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosessi başa çatıb.














