Kriminal

Oğul evdən 4 min manatlıq qızıl aparıb

5 Aprel 2018 13:11

Bərdədə evdən 4 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu saxlanılıb.

Avtomobil vuran piyada hadisə yerində ölüb

5 Aprel 2018 13:11

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 4-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini İspat Əmirovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsü 6 il azadlıqdan məhrum edilib

4 Aprel 2018 16:44

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Metroda cibgir saxlanılıb

4 Aprel 2018 15:49

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də metronun “Neftçilər” stansiyasının platformasında paytaxt sakini olan 1 qadının çantasından içərisində 22 manat və sənəd olan pul qabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev saxlanılıb.

Ağcabədidə qoyun oğrusu tutulub

4 Aprel 2018 15:48

Ağcabədi rayonunda qoyun oğrusu saxlanıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Ağcabədi RPŞ və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da Zaur Abışova məxsus həyətyanı sahədən 19 baş qoyun oğurlamaqda şübhəli bilinən Nəbi Qılıcov Ağcabədi rayonunun ərazisində saxlanılıb.

Silsilə oğurluqla məşğul olan dəstə ifşa edilib

4 Aprel 2018 15:20

Oğurluqda şübhəli bilinən dəstə ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən pul, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Amil Gülməmmədov, Arif və Rəhman Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.

Avtomobili qarət edən yaxalanıb

4 Aprel 2018 15:19

Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs ələ keçib. DİN-dən “Olaylar”a veriln məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 26-da Rahib Rəhimova məxsus “KİA” markalı avtomobildən 500 manat və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.

Oğrunun digər cinayət əməlləri ifşa edilib

4 Aprel 2018 15:18

Oğurluq etdiyinə görə tutulmuş şəcsin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlunata görə, oğurluq etdiyinə görə tutulmuş Rəşad Həsənovun ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 2-dən fevralın 2-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən, habelə 2 evdən pul, sənəd, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT- YENİLƏNİB

4 Aprel 2018 13:49

Qəbələ rayon Tikanlı kənd sakini Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin törətdiyi cinayətin təfərrüatları bəlli olub. Qəbələ rayon Tikanlı bələdiyyə nümayəndəsinin verdiyi məlumata görə Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar: “Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olurdu. Kənddə onların ailəsi demək olar ki, ad çıxarıb.

Bakıda bankomatdan pul çıxaran qadına qarşı CİNAYƏT

4 Aprel 2018 12:38

Bakıda soyğunçuluq etmiş şəxs tutulub. Dünən saat 11:45 radələrində Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən, “Ayxan” marketin ön hissəsində quraşdırılmış “Kapital Bank”ın bankomatından pul çıxarmış qadının əlindən 110 manatı açıq talama yolu ilə alıb qaçan şəxs çox keçmədən yaxalanıb.

Bakıda İsveçrə vətəndaşı saxlanıldı: çantasından külli miqdarda valyuta çıxdı

4 Aprel 2018 12:34

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Mühafizə şirkətinin direktoru 15 il müddətinə azadlıqdan məhrum edilib

3 Aprel 2018 17:15

Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Hüseynov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xızıda qoyun oğrusu tutulub

3 Aprel 2018 15:33

Qoyun oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Elnur Hüseynova məxsus 42 baş qoyunu oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Araşdırma aparılır.