Kriminal

Oğurluqla məşğul olan 4 yeniyetmə ələ keçib

3 Aprel 2018 15:32

Oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 18-dən martın 19-dək olan müddətdə rayon ərazisindəki orta məktəblərin birindən, 4 mağazadan, 1 gözəllik salonundan və 1 aptekdən, habelə paytaxt sakini olan 1 qadının pulqabısından pul, noutbuk və planşet oğurlamaqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb.

Cinayətkar dəstə üzvləri ifşa edilib

3 Aprel 2018 15:27

Oğurluq etdiklərinə görə tutulmuş dəstə üzvlərinin digər cinayət əməlləri də müəyyən edilib.

Avtomobil piyadanı vurub öldürdü

3 Aprel 2018 15:26

Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 2-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qadının qulağından sırğanı dartıb qaçan şəxs tutulub

3 Aprel 2018 15:24

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakıda ata ilə qızının küçənin ortasında öldürüldüyü an – VİDEO

3 Aprel 2018 14:04

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosessi başa çatıb.

Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatəti təmin edilmədi

2 Aprel 2018 18:09

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.

Sevgilisini bıçaqlayan Aysel məhkəmə qarşısında

2 Aprel 2018 18:08

Türkiyənin Konya şəhərində sevgilisini 7 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlı Aysel.E-nin məhkəməsi başlayıb.  Prosesdə ifadə verən Aysel özünü müdafiə edərək sevgilisini 6 aylıq körpəsini boğub öldürdüyü üçün bıçaqladığını deyib.

Bakıda 408 min dollarlıq dələduzluq edildi

2 Aprel 2018 17:06

Göyçay rayon sakini Aliyə Aslanova və Bakı şəhər sakini Rauf Dadaşov hüquq-mühafizə orqanlarına şikayət edərək Ramiz adlı şəxsin 2016-cı ildə onların 408 min ABŞ dolları məbləğində pullarını dələduzluq yolu ilə aldığını bildirib.

Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu

2 Aprel 2018 17:05

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə cəza istənilib. Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib.  İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. 

Pulqabı oğurlayan qadın ələ keçib

2 Aprel 2018 16:23

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehriban Eyvazova saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən martın 31-də P.Seyidovanın içərisində 241 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mehriban Eyvazova saxlanıb. Araşdrıma aparılır.

Silsilə oğurğuqla məşğul olan şəxs saxlanıb

2 Aprel 2018 16:20

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il fevralın 10-dək olan müddətdə rayon ərazisindəki avtomobil dayanacaqlarının birindən elektik kabeli, 3 evdən inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qubad Bəşirov saxlanılıb.

Telefon oğrusu ələ keçib

2 Aprel 2018 15:38

Mobil telefon oğurluğu ilə məşğul olan şəxs zərəsizləşdirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

İmişlidə təkər oğruları saxlanılıb

2 Aprel 2018 15:37

İmişki rayonunda təkər oğruları saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.